Haqqımızda
Biz bu işin təməlindəyik.

Gördüyümüz işlər öndən, arxadan və daxildən gözəl görünsə də, biz gözəllikləri hər zaman təməldə axtarırıq. İcra etdiyimiz layihələrin həm fundamentinə, həm də fundamental baxmaq bizə daha çox xoşbəxtçilik və rahatlıq gətirir.

Artıq 5 ildən çoxdur ki, Azərbaycanda tikinti, quraşdırma və layihələndirmə sektorunda əyri işləri düzəltməyə, düz olanların isə gözəlliyini təmin etməyə çalışırıq. Bunun üçün müxtəlif təyinatlı obyektlərin divarlarında öz xidmətlərini ibtidai formada təqdim edənləri deyil, bu işin təməlindən bilənləri bir şirkətdə səfərbər etmişik.

Xəyalları imkanlarla birləşdiririk.

Descon şirkəti olaraq biz bu işləri bacarırıq demək istəmirik. Biz bu işlərin təməlindəyik demək istəyirik. Biz qulaq asmağı və müştərilərin xəyallarını imkanları ilə birləşdirmək üçün fəaliyyət göstəririk. Ona görə də icra etdiyimiz layihələrdə müştərilərin istək və tələblərini, onları maarifləndirərək həyata keçirməyə çalışırıq. Təsəvvürlərinin daha yaxşı formalaşması üçün isə həll yollarını vizuallaşdırıb, onları işin hər mərhələsində məlumatlandırırıq.

Məqsəd və Dəyərlər
Yeniliklər gətirmək

Hər bir sahədə yenilikəri bazara kimlər daxil edirsə, onlar da bazarda söz sahibi olmaq və liderliyi əldə etmək hüququ qazanır. Bizim də məqsədimiz yerli bazarda tikinti sahəsi üzrə yeniliklərlə yadda qalmaq və mövqeyimizi bu yeniliklərlə möhkəmləndirməkdir.

Təhlil etmək

Bizim inkişafımızın tərkib hissəsinə təhlil etmək də daxildir. Bu bizə tikinti sahəsində yeni həll yolları təklif etməyimizə imkan yaradır. Descon olaraq inanırıq ki, uğurun açarı həm də yaranmış vəziyyətləri təhlil etməkdədir.

Kadr yetişdirmək

Bizə, işimizi davam etdirəcək və yeni dövrün tələblərinə cavab verən insan kapitalı lazımdır. GKO Construction olaraq yeni kardlar yetişdirməkdə məqsədimiz ölkəmizin əmək bazarına rəng qatmaq və rəqabətlilik mühiti yaratmaqdan ibarətdir.


Dürüstlük

Biz şirkət olaraq dürüstlüyü təmsil edirik. Bu münasibəti həm müştərilərimizə, həm də şirkətdaxili əməkdaşlarımıza aşılayırıq. Bu korporativ mədəniyyəti qorumaq üçün bütün gücümüzü səfərbər etmişik.

Təhlükəsizlik

Şirkətimizin hər bir üzvünün iş sonu evə ailəsinə təhlükəsiz və sağlam şəkildə getməsi üçün çalışırıq. Əməkdaşlarımızın hər biri üçün istər ofisdaxili, istərsə də sahələrdə təhlükəsiz iş mühiti yaratmaq bizim üçün əsas dəyər meyarıdır.

Komanda işi

Gördüyümüz işlər istənilən halda tək bir insanın görəcəyi iş deyildir. Bu sahədə hər zaman bir komanda və komanda ruhuna ehtiyac duyulur. Biz də bu dəyəri inkişaf etdirmək üçün yerli və xarici təcrübələri şirkətimizə tətbiq edərək onu dəyər halına gətirməkdəyik.

Şirkət Rəhbərinin Müraciəti

Bizim əsas prioritetimiz müştəri məmnuniyyətini və tikinti sektorunda keyfiyyətin təmin olunmasıdır.

Hər bir sifarişçinin keyfiyyətli materiallardan, qabaqcıl texnologiyalardan istifadə edilməklə, sağlam və təhlükəsiz bir məkanda rahat yaşamaq kimi haqqı vardır. Biz də bu missiyanı əsas tutaraq bu istiqamətdə daima təkmilləşir və inkişaf edirik. Tikinti sektorunda həm müştəri məmnuniyyətini qoruyub saxlamaq, həm də sektorda şirkətin imicini möhkəmləşdirməyin nə qədər çətin olduğunu anlayırıq. Bu səbəbdən də icra etdiyimiz layihələrə peşəkar kadrları cəlb etməyə və işlərə daha detallı yanaşmağa çalışırıq.

Biz hədəf kütlənin tələb və istəklərini diqqətə alaraq qabaqcıl texnologiyalar və geniş xidmətlər toplusunu tətbiq etməklə mövcud bazar boşluqlarını aradan qaldırmağa çalışırıq.

Yuxarıda qeyd edilənlər gələcəkdə fəaliyyətimizi məhz bu istiqamətdə inkişaf etdirməyə təkan verəcəyinə inanırıq. Biznes tərəfdaşlarımızın və müştərilərimizin şirkətimizə qatdığı dəyər şirkətimizə olan inamı və əldə etdiyimiz uğurların formalaşmasında mühüm rol oynayır. Bizə olan etibarı qoruyub saxlamaq üçün bundan sonrakı fəaliyyətimizə daha detallı yanaşmağa və layihələri ən yaxşı şəkildə həyata keçirməyə çalışacağıq.

Hörmətlə,
Nigar Gülüşova
Descon şirkətinin rəhbəri