LAYİHƏLƏNDİRMƏ

Layihələndirmə xidmətimiz əhatə edir:

Memarlıq həlləri - Layihənin üslubu, konstruktivliyi, mühəndislik və texniki komponentlərinin müəyyən olunması. Layihənin ümumi vizualı, eləcə də funksional parametrləri, erqonomika və planlaşdırma sxeminin hazırlanması;

Konstruktiv həllər - Layihə strukturun etibarlılığını, möhkəmliyini, davamlılığını və s. təmin edən dəstəkləyici tərəflərinin işlənilməsi. Bu mərhələdə həmçinin obyektin təyinatı, istifadə olunan tikinti materialları növlərinin qəbul edilmiş dizayn sxemləri ilə uyğunluğunun yoxlanılması;

Texnoloji layihələndirmə - Bu mərhələ özündə tikinti proseslərinin və işlərinin həyata keçirilməsi üçün istifadə olunacaq optimal texnoloji həllərin işlənib hazırlanmasını əks etdirir;

Geotexniki proqnoz – Bu hissə layihənin yerləşəcəyi yerdə torpağın gərginlik-deformasiya vəziyyətindəki dəyişikliklərin hesablamasını özündə əks etdirir. Bu metod üç ölçülü şəraitdə kompüter modelləşdirmə üsulu ilə həyata keçirilir.