LAYİHƏLƏNDİRMƏ

Xəyal edə bilməyiniz özü bir layihədir. Xəyallarınızla bizə gəlin layihələndirilməsini biz həyata keçirək.

Hər şey buradan başlayır.

Portfoliomuzda gördüyünüz bütün işlər öz başlanğıcını məhz layihələndirmə xidmətindən götürür. Təxəyyül məhsulunuzun reallıqla nə dərəcədə uyğunluq təşkil etdiyini anlamaq üçün Sizə sadəcə fikirlərinizi ifadə etmək lazımdır. Yekunda ortaya çıxacaq işin nə qədər estetik, keyfiyyətli olması isə bizim peşəkarlığımıza bağlıdır.

Descon şirkəti olaraq 5 ildir şəhər və bölgələrimizdə bir çox layihələrin memarı kimi çıxış edirik. Əgər Sizin də reallaşdırmaq istədiyiniz hər hansı bir layihə varsa, onun bütün mərhələlərini bizimlə birlikdə həyata keçirə bilərsiniz. Görülmüş işin nəticəsindən birlikdə zövq almaq üçün Sizə dəstək olmağa hazırıq.

 

Layihələndirmə xidmətimiz aşağıdakıları əhatə edir:

Memarlıq həlləri - Layihənin üslubu, konstruktivliyi, mühəndislik və texniki komponentlərinin müəyyən olunması. Layihənin ümumi vizualı, eləcə də funksional parametrləri, erqonomika və planlaşdırma sxeminin hazırlanması;

Konstruktiv həllər - Layihə strukturun etibarlılığını, möhkəmliyini, davamlılığını və s. təmin edən dəstəkləyici tərəflərinin işlənilməsi. Bu mərhələdə həmçinin obyektin təyinatı, istifadə olunan tikinti materialları növlərinin qəbul edilmiş dizayn sxemləri ilə uyğunluğunun yoxlanılması;

Texnoloji layihələndirmə - Bu mərhələ özündə tikinti proseslərinin və işlərinin həyata keçirilməsi üçün istifadə olunacaq optimal texnoloji həllərin işlənib hazırlanmasını əks etdirir;

Geotexniki proqnoz – Bu hissə layihənin yerləşəcəyi yerdə torpağın gərginlik-deformasiya vəziyyətindəki dəyişikliklərin hesablamasını özündə əks etdirir. Bu metod üç ölçülü şəraitdə kompüter modelləşdirmə üsulu ilə həyata keçirilir.

Tikinti konstruksiyaları - Layihədə mövcud həllərin faktiki möhkəmliyini, dayanıqlığını və sərtliyini müəyyən etmək üçün tikilinin və ayrı-ayrı konstruktiv elementlərin hesablanıldığı mərhələdir.

Elektrik təchizatı – binadaxili işıqlanma, güc avadanlıqları, torpaqlanma, sahə daxili elektrik təchizatı, transformator, generator, yuksek gerginlikli elektrik kabeli

Su təchizatı və kanalizasiya sistemi - hidrant sistemi, yanğın kranları, sprinkler sistemi, yağış sularının yığılması, magistral su və kanalizasiya sistemi, suvarma, drenaj sistemi

Xidmətin üstünlükləri:

Praktik həllər

Əgər ağlınızda canlandırdığınız layihənin yazılı cızma-qarası varsa, onu boş bir xəyal kimi kənara atmayın. Əlimizdə olan praktik həll yolları ilə Sizin layihəni daha mükəmməl bir sənət əsərinə çevirərək, istiqamətləndirməyə hazırıq.

Texnoloji Yeniliklər

Bu işin ən gözəl tərəfi texnologiya ilə vəhdət təşkil etməsidir. İstər layihənin icrası, istərsə də hər hansı bir hissəsinin avtomatlaşdırılması nəzərdə tutulursa, o zaman mütəxəssislərimizlə görüşməyinizi tövsiyə edirik.

Layihə koordinatoru

Layihələndirmənin hər bir prosesində iştirakınızı təmin etməyə şad olarıq. Bu həm işimizi sürətləndirəcək, həm də nəticə hər iki tərəfin istədiyi kimi olacaq. Ortaq bir layihənin icra olunması üçün Sizi bizim yanımızda görməyə şad olarıq.